Vasif Talıbov 700 bal toplayan tələbəyə pul mükafatı verdi – FOTO

25.08.2015 - 13:29
vasifNaxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ali məktəblərə imtahanlardan yüksək bal toplayan tələbələrlə görüşüb. 
Musavat.com xəbər verir ki, görüşdə Vasif Talıbov Muxtar Respublikanın ümumtəhsil məktəblərini bitirərək, tələbə adını qazanan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib.
Ali Məclisin sədri bildirib ki, dövlət təhsil sahəsində qarşıda duran vəzifələri yerinə yetirmək üçün bütün tədbirləri görür: “Ölkəmizdə müasir təhsil şəraiti vardır. Gənclərin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onlar dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilirlər. Göstərilən etimad və qayğı isə öz növbəsində qarşıya yeni vəzifələr qoyur. Cəmiyyətdə layiqli yer tutmaq, vətənə və millətə faydalı olmaq üçün bundan sonra da yaxşı təhsil almalı, öz üzərinizdə daim işləməli, mütaliə etməli, bilik və dünyagörüşünüzü artırmalısınız”.
Qəbul imtahanlarında 700 bal toplayan Əli Allahverdiyev və 500-dən yuxarı bal toplayaraq, tələbə adını qazananlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı və pul mükafatı təqdim olunub.
Xatırladaq ki, Əli Allahverdiyev  6 il Şərur rayon Zeyvə kənd tam orta məktəbində oxuyub. 4 il Şərur Türk Liseyində təhsil alıb. Türk liseyləri bağlandıqdan sonra Əli sonuncu – 11-ci sinifi kənd məktəbində davam etdirib.
Ailədə 3 qardaşdırlar. Böyük qardaşı evlidir, amma işsizdir. Ortancıl qardaşı isə Naxçıvan Texniki Kollecində oxuyur. Atası Naxçıvan Dövlət Dəmiryol İdarəsində maşinist işləyir. Anası isə evdar qadındır.
Əli liseydə təhsil aldığı müddətdə bir sıra beynəlxalq fənn olimpiyadalarında da uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş medal, Nigeriyada fənn olimpiadasında qızıl medal, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl və 2 bürünc medal qazanıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30368

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728