Cingiz Abdullayev istefa verməyə hazırlaşır

26.08.2015 - 10:35
cingizCingiz Abdullayev istefa verməyə hazırlaşır. Bu barədə məlumatı Komanda.az-a Yazıçılar Birliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri verib. 
Çingiz Abdullayev Yazıçılar Birliyindəki iş yerində olarkən, “Neftçi”dəki vəzifəsindən istefa verməyə hazırlaşdığını bildirib. O, bir neçə yazıçı və şairlə söhbətdə aldadıldığını etiraf edib. Abdullayev bildirib ki, utandığından “Neftçi”nin bazasına gedə bilmir. O, uzun müddətdi məvacib ala bilməyən futbolçuların üzünə baxmaqdan utandığını deyib.
Yazıçı qeyd edib ki, onu “Neftçi”yə dəvət edərkən başqa vədlər veriblər, amma buna əməl etməyiblər. Abdullayev deyib ki, AFFA rəhbərliyi ona “Neftçi”də heç bir maliyyə probleminin olmayacağını vəd edibmiş.
Bundan əlavə, Cingiz Abdullayev klubda rəhbər vəzifədə çalışan şəxslərdən də narazılıq edib. O, bu vəzifələrin qeyri-peşəkarlara tapşırıldığını deyib. Yazıçı xüsusən də “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovdan narazılıq edib. Qeyd edib ki, onun futboldan anlayışı yoxdu. Müşahidə Şurasının sədri Məmmədovu klubun daxilində dözülməz ab-hava yaratmaqda, öz adamlarını – futboldan anlayışı olmayanları işə götürməkdə də ittiham edib.
Yazıçı bildirib ki, yaxın günlərdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla görüşərək, bütün bunlar haqda ona məlumat verəcək. O, qeyd edib ki, bundan sonra “Neftçi”dəki vəzifəsindən istefa verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=30408

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728