Ali Məhkəmə Anar Məmmədli barəsində ittiham hökmünü qüvvədə saxladı

27.08.2015 - 10:54

anarAzərbaycan Ali Məhkəməsi bu gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin kassasiya şikayətini təmin etməyərək, onun barəsində ittiham hökmünü qüvvədə saxlayıb.

Müdafiə tərəfi bununla razı deyil və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Bu barədə “Turan”-a vəkil Elçin Sadıqov bildirib.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödənişindən yayınmaya görə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il dekabrın 10-da Bakı Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Kassasiya şikayəti məhz bu qərarla bağlı olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=30574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728