“Qarabağ”ın futbolçusunu polis saxladı- FOTO

29.08.2015 - 14:44
“Qarabağ”ın yeni transferi Əlhərbi Əl Jadeyui təkcə komandasına yox, elə Bakının yollarına da uyğunlaşa bilmir.
Mərakeşli yarımmüdafiəçi bu gün yol-hərəkət qaydalarını pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində, Səttar Bəhlulzadə küçəsində baş verib. Futbolçunun saxlanıldığı yer klubun bazasına yaxın olduğundan güman ki, Əl Jadeyui də məhz ora tələsirmiş.

Maraq üçün onu da qeyd edək ki, hələ komandaya uyğunlaşa bilməyən mərakeşli futbolçunu ölkə futbol ictimaiyyəti tez-tez tənqid edir. Yarımmüdafiəçi yenicə özünə gəlmişkən yenə bəxti gətirməyib. “Yanq Boyz” (İsveçrə) ilk matçda zədələnən oyunçu komandasının ötəngünkü Avropa Liqası matçını da buraxmalı olub. (futbolinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=30765

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031