Azərbaycanın xalq artisti dünyasını dəyişdi
O, Prezident Mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov dünyasını dəyişib.
APA-nın məlumatına görə, aktyor dünən gecə öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.
Qeyd edək ki, 3 sentyabr 1958-ci ildə anadan olub. O, 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib.
2006-cı ildə xalq artisti fəxri adına, 2012-ci ildən isə Prezident Mükafatına layiq görülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=31428