İcra başçısı boş qalan vəzifəyə qiymət müəyyən edib… – Ən azından 150 min manatı olan varsa…

07.09.2015 - 11:09
icra bBalakən rayon təhsilindəki biabırçılıqlar, qanunsuzluqlar, rüşvətxorluq barədə ölkə mətbuatında kifayət qədər yazılıb. Ona görə də yazılanları təkrarlamağa ehtiyac görmürük. Qısa xatırlatma üçün bildirək ki, rayon təhsil şöbəsinin müdiri Mahir Dibirovun fəaliyyətinin nəticəsi olaraq bəlli olub ki, bu sahədə 700 min manat yeyinti var. Kompüterlərin alınmasında, məktəblər üçün avadanlıqların alınmasında hesablar 3-4 dəfə şişirdilib. Ölən uşaqlara guya fərdi təhsil vermək adı altında on minlərlə pul silinib. Ərə getməyən müəllimələrə analıq məzuniyyəti və s. Balakən təhsilində adi hal sayılır. Bütün bunların üstü açılanda cinayət işi qaldırmamaq üçün Mahir Dibirov 330 min manat pul ödəyib. Qalan pulu isə ödəmək istəməyib. Dibirov bildirib ki, bu pulları mən tək yeməmişəm, qoy icra başçısı da qalan pulları ödəsin. Qafqaznews.az-a daxil olan məlumata görə, bu yaxınlarda rayon təhsil şöbəsinin müdiri Mahir Dibirov vəzifəsindən azad edilib. Onun boş qalan yerinə icra başçısı İslam Rzayev müdir axtarır. Ancaq təhsil şöbəsinin müdirinin yeri 150-200 min manata “hərraca” çıxarılıb. Bizə daxil olan məlumata görə, AzərYem Birliyinin direktor müavini Abdulla Abdullayev bu məbləği ödəyərək rayon təhsil şöbəsinə müdir gəlmək istəyir. Məlumat üçün bildirək ki, Abdulla Abdullayev rəhmətlik Əli Ansuxskinin adamı olub. Vaxtilə şəhər icra nümayəndəsinin müavini olub. Sonralar bir müddət qaçaraq Gürcüstanda gizlənib. Hazırda Abdulla Abdullayevə icra başçısının sağ əli olan Telman Bayramov himayədarlıq edir. Mənbənin məlumatına görə lazım olan “kağız-kuğuzu”da icra başçısına Telman Bayramov çatdırıb. Hazırda Təhsil Nazirliyi ilə söhbətlər gedir. (xalqxeber)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=31458

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930