“Neftçi”nin Müşahidə Şurasının iclasında QALMAQAL

07.09.2015 - 12:11

sadiq cingizEmil Mpenza yenə aranı qatıb. Belçikalı hücumçunun üzündən “Neftçi”nin Müşahidə Şurasının son iclasından öncə qalmaqal yaşanıb.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, sentyabrın 2-də baş tutan son tədbirə şuranın üzvü olan sabiq prezident Sadıq Sadıqov da təşrif buyurubmuş. Amma o, hələ iclas başlamamış sədr Çingiz Abdullayevlə görüşüb və bir sıra məsələləri müzakirə ediblər. Söhbət “Neftçi”dən FIFA-ya şikayət edən Mpenzadan düşərkən əsəblər tarıma çəkilib və tərəflər mübahisəyə girişib. Məsuliyyətin onun üzərinə düşdüyünü görən Sadıqov əsəbi halda cərimə özünün ödəyəcəyini bildirib, Abdullayev isə buna ehtiyac olmadığını, klubun hır şeyi yoluna qoyacağını deyib.

Əsəblərin gərginləşdiyi görüşdən sonra Sadıqov Müşahidə Şurasının digər üzvləri ilə görüşmədən tədbirin keçirildiyi yeri tərk edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31481

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930