Qubada qətliam kimi qəza: 3 ölü
Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Quba rayonunun Barlı kəndi ərazində qeydə alınıb.
“Hyundai” markalı “10 VR 410” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.
Hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarılması əməliyyatını aparır.
Faktla bağlı araşdırmalara başlanılıb (APA).
Short URL: http://www.cumhuriyyet.net/?p=31529