Masallı İcra Hakimiyyəti: “bu rayonda kitab-filan oxuyan yoxdur”

07.10.2015 - 02:12

masalliGənc yazar Asiman Eyniyev yeni çapdan çıxmış “Sahil” hekayələr kitabının Masallıda təqdimatı üçün icra hakimiyyətinə müraciət etsə də rədd cavabı alıb. Bu barədə  gənc yazarın özü məlumat verib.

Masallı rayon İcra Hakimiyyətindən Asiman Eyniyevə bildiriblər ki, Masallıda kitab-filan oxuyan yoxdur. Asiman Eyniyev deyir ki, o, bu münasibətə qəti etiraz edib: “Dedim siz nə danışırsız? Bu rayonun iki yüz min əhalisi var. Onlardan 66 mini gəncdir. Doğrudanmı bu gənclərin içərisində 20-30 nəfər kitab oxuyan yoxdur?”rr

Asiman Eyniyevə deyiblər ki, burda şairlər və yazıçılar kitablarını pulsuz paylayır, əgər sən də belə etmək istəyirsənsə, problem yoxdur, küçədə dayanıb edə bilərsən.

Gənc yazıçı bu təklifə mənfi reaksiya verəndə ona bildirilib ki, belədirsə, hər hansı təqdimatdan-filandan söhbət gedə bilməz.

Qeyd edək ki, gənc yazar özü də Masallı rayonundandır. Oxucuların diqqətinə çatdırırıq ki, kitaba bu cür hörmətsiz münasibət göstərən qurumun başçısı Rafil Hüseynovdur. Onu tanımayanlara hətta başçının fotosunu da təqdim edirik:

rafilhusey

Short URL: http://www.cumhuriyyet.net/?p=34089

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930