Siyəzən: Torpaqlar “kanalizasiya suyu” ilə də suvarılır

25.02.2016 - 16:34

siyezenSiyəzən rayonunun kənd təsərrüfatı üçün yararlı torpaqları olsa da, rayon bazarında işləyən satıcılar rayonda kənd təsərrüfatı ilə az insanın məşğul olduğunu deyirlər.
Onlar bildirir ki, bazara mallar əsasən Bakıdan gətirilir.
Siyəzən şəhərinin yaxınlığında yerləşən Böyük Həmyə kəndinin fermerləri isə deyirlər ki, onlar tərəvəzçilik və meyvəçiliklə məşğul olmağı düşünmürlər. Səbəb isə suvarmadır. Fermerlər bildirir ki, onlar əkdikləri taxıldan belə lazımı məhsul götürə bilmirlər.
Fermerlər sahələrini rayonun kanalizasiya suları ilə suvardıqlarını da deyirlər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Əjdər Cavadov BBC Azərbaycancaya bildirib ki, Böyük Həmyə kəndində olan 2 kanaldan biri artıq təmizlənib, ikincisində isə iş gedir. Onun sözlərinə görə kəndin suvarma problemi “tezliklə öz həllini tapacaq”.
Belə ki, Taxtakörpü su anbarından Samur-Abşeron kanalında qidalandırma kanalı çəkilir və suvarma mövsümündə kanala su veriləcək. Bu da Siyəzənnin, Xızının əkin sahələrinin su təminatına kömək edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=55532

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728