İTV-nin regional büroları bağlanır – İşçilər təcili Bakıya çağırıldı

03.03.2016 - 12:36

itvİctimai Televiziyanın (İTV) regional bürolarının bağlanması ehtimalı var.

Bu barədə Gün.Az-a məlumat verən mənbənin sözlərinə görə, artıq iki həftədən çoxdur ki, bölgə xəbərlərini yayan “Carçı region” efirə verilmir.

Youtube kanalında son veriliş fevralın 12-də yerləşdirilib.

Eyni zamanda fevralın 13-də regional büroların əməkdaşlarının avadanlıqları texniki baxış adı ilə yığılıb, bu günə kimi qaytarılmayıb.

İTV-nin regional bürosunun əməkdaşlarından biri texniki avadanlıqların inventarizasiya məqsədilə yığıldığını, amma geri qaytarılmadığını təsdiqləyib:

“Adətən avadanlıqlara texniki baxış bir neçə gün çəkirdi və sonradan geri qaytarılırdı. Amma bu dəfə iki həftədən çoxdur ki, avadanlıqsız qalmışıq. Bizə konkret heç nə deyilməyib. Hazırda fəaliyyətimizi dayandırmışıq”.

Əldə etdiyimiz məlumata görə, bu gün kanalın regionda çalışan bütün əməkdaşları Bakıya iclasa çağırılıblar. Yekun qərar həmin iclasda veriləcək.

Onu da qeyd edək ki, bu günlərdə Az TV-də “Region xəbərləri” fəaliyyətə başlayıb və bu proqram saat 20:00-da yayımlanan əsas xəbər buraxılışdan əvvəl efirə verilir.

Proqramda gün ərzində Azərbaycanın regionlarında baş vermiş hadisələr işıqlandırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=56416

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930