Bakıda rektor 24 yaşlı oğlunu prorektor təyin etdi

04.03.2016 - 11:37

gunhan-huseynliTəhsil sistemində gənclərin yüksək vəzifələrdə təmsil olunması nadir rast gəlinən hadisədir. Xüsusilə ali məktəblərdəki idarəetmədə daha təcrübəli, peşəkar kadrlara üstünlük verilir.

Axar.az bildirir ki, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli bu sahədə fərqlənib. Rektor öz oğlu Günhan Hüseynlini universitetin İnzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib.

G.Hüseynli 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib.
2013-cü ildən, 22 yaşından isə Bakı Avrasiya Universitetinin İnzibati idarəetmə üzrə prorektoru vəzifəsində çalışır.

Universitetdə gənclərlə dinamik fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi, eləcə də Yeni Azərbaycan Partiyası tərəfindən fəxri fərmanlarla təltif olunub.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.

Short URL: http://www.cumhuriyyet.net/?p=56571

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728