İldırım Qasımov: “Mənim haqqımda saytlarda yazanları məhv edəcəyəm…”

07.03.2016 - 16:10

ildirim-qasimovBiri var idi, biri yox idi. Günlərin bir günü Gəncə şəhərində İldırım adlı usta peyda oldu. Hər zaman gəncəlilərin ağrılı-acılı günlərində onlara yardımçı olan usta İldırım çox keçmədən müəllim adını qazandı.

Bu o demək idi ki, artıq İldırım qaqamızın ulduzu pardladı. Nəhayət İldırm qaqamız universitetlərin birində dekan vəzifəsinə yiyələnir. Əlbətdə ki, bir əldə iki qarpız tutmaq heç də müşkül məsələ deyildi.

Ən azından İldırım qaqa usta kimi gəncəlilərin sevimlisinə çevrilmişdi. Digər tərəfdən müəllim adını dazanmaq və sədaqətlə xidmət etmək doğrudanda əsl iradə tələb edirdi. Gah usta kimi müştərilərin sifarişlərini yerinə yetir, gah da universitetdə “Burda mənəm, Bağdad da kor xəlifə” prinsipi ilə çalışmaq İldırım qaqamız üçün böyük əziyyət idi. Əslində İldırım qaqamız daha çox qazanc əldə etmək eşqi ilə usta-müəllim “ixtisaslarına” yiyələnmək istəyib. Benəva hardan bilərdi ki, onu gələcəkdə nələr gözləyir. Bu yerdə bizim xəstə millət vəkilimiz Hadi Rəcəblinin məsləhəti yadıma düşdü.

Hadi müəllim deyir: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”. Gördünüzmü Hadi qağamızın məsləhəti, İldırım qaqamızın prinsipi ilə necə üst-üstə düşdü?

Hadi Rəcəbli daha sonra əlavə edir: “Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?! Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır”.

Yenidən qayıdım İldırım qaqamızın iş fəaliyyətinə. Bu günlərdə Gəncə şəhərində bir tələbə mobil telefonuma zəng edərək İldırım qaqamız haqqında yazdıqlarıma daha bir neçə çümlə əlavə etməyini xahiş etdi. Onun dediyinə görə İldırım Qasımov dekan seçilməkdən ötrü dəridən -qabığdan çıxır. Onu da nəzərinizə çatdırım ki, zatən İldırım müəllim heç də hörmət qazanmayıb. Maraqlısı odur ki, Fakültə dekanı İldırım Qasımov 30- 35 nəfər yaşlı adamları başına yığaraq universitetdə “müşavirə” keçirib.

“Mən bu pulları öz şəxsi sirkətimdə qazanıb, ailəmin boğazından kəsərək universitetə xərcləmişəm ki, sizin balalarınız rahat və isti otaqlarda dərs keçsinlər”. Sonra isə and içərək deyib ki, universitet rəhbərliyi bu təmir işləri üçün bir manat da xərcləməyibdir.Valideynlərin yanında universitet rəhbərliyini onun əməyini qiymətləndirmədiyi üçün İldırım Qasımov rəhbərliyi kəskin tənqid edib. Bura deyiblər eee, yalansa səni ildırım vursun…

Nəhayət İldırım qaqa, universitetə dəvət etdiyi şəxslərə bildirib ki, saytlarda onun haqqında yazanları məhv edəcək.

Deyilənlərə görə günlərin bir günü İldırım qaqa universitetin bufetində işləyən bir xanıma yaxınlaşaraq ona külli miqdarda pul təklif edib. Bunun müqabilində mübahisə etdiyi müəllimin istəkanına zəhər atmağını istəyib. Şoka düşən xanım dərhal o zaman rektor işləyən (red: adı şərtdir) yanına gedərək məsələni ona danışır. Bax budur aşot, bax budur nifrətlər qazanan İldırım Qasımov….

Eyni hadisə ilə daha doğrusu ondan dəhşətlisi ilə üzləşmək üzrə idim. Bir məsələ ilə bağlı xanım əməkdaşımla Gəncə şəhərinə yola düşdük. Öz şəxsi işim olduğu üçün xanıma maşında gözləməyi məsləhət gördüm. Təxminən iki saat keçdikdən sonra maşına qayıtdım. İki nəfər naməlum şəxs maşına yaxınlaşaraq xanım əməkdaşıma nalayiq ifadələr işlədərək onu təhqir ediblər. Bu mənim həyatımda yeganə hadisə olduğu üçün ciddiliyə almadım. Yenidən digər işlə bağlı Gəncə şəhərinə yola düşdük. Çox hörmətli şəxslərin dəvəti olduqca bizləri məmnun etməyə bilməzdi.

Yol yorğunluğu və digər xırda problemləri nəzərə alıb gecəni Gəncədə qalmağı qərara gəldik. Bəlkə də həyatda son günlərimizi yaşayacaqdıq. Xain qəlbli namərdlər idarə etdiyim avtomaşının qabağ təkərlərinin boltlarını azacıq bağlı vəziyyətdə saxlamaqla həyatımızı təhlükə altına atdılar. Allahın nəzərində olan kimsəni məhv etmək mümkün deyil. Lakin bu cür faktı araşdırmamaq doğrudanda sadəlövhlük olardı. Gəncədə məsələni kimə danışdıqda hamı İldırım Qasımovu işarə vurdu.

İldıqım Qasımov, qadına qarşı tərbiyəsizlik etmək, onun üzərinə alçaq, gözü ilə görən göndərmək şərəfsizlikdir. Amma mənim həyatıma sui-qəst hazırlamaq, onu sifariş etmək heç də bağışlanılmaz olacaq. Buna əmin ola biləsiniz….

Short URL: http://www.cumhuriyyet.net/?p=56880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728