Vəkili İlqar Məmmədovla görüşə buraxmadılar

07.03.2016 - 16:20

ilqar-memmedovVəkil Fuad Ağayev REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşə buraxılmayıb.

Qaynar.info-ya bu barədə məlumat REAL Hərəkatından daxil olub.

Məlumata görə, bu gün – 7 mart 2016-cı ildə vəkil Fuad Ağayevi 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İlqar Məmmədovun yanına buraxmayıblar: “Səbəb kimi, Fuad Ağayevin 2016-cı il üçün görüşlə bağlı məktubunun olmadığını göstəriblər. Halbuki Fuad Ağayev 2016-cı ildə artıq bir neçə dəfə İlqar Məmmədovla görüşüb”.

Vəkil Fuad Ağayev

REAL Hərəkatın məlumatın sonunda qeyd edir ki, vəkilə belə bir icazənin verilməməsi qanunsuz olmaqla bərabər, İlqar Məmmədova növbəti təzyiq vasitəsi hesab edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=56886

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728