Rövnəq Abdullayev növbəti dəfə prezident seçildi

11.03.2016 - 11:58

rovneq4AFFA-nın yeni prezident seçkisi keçirilib. Yeganə namizəd olan Rövnəq Abdullayevin namizədliyi nizamnaməyə uyğun olaraq səsverməyə qoyulub.

Bütün konfrans iştirakçıları yekdilliklə Rövnəq Abdullayevə səs veriblər. Beləliklə, Rövnəq Abdullayev daha 4 il AFFA prezidenti olacaq.

Eyni hadisə AFFA İcraiyyə Komitəsinin üzvlərinin seçilməsində də baş verib. Belə ki, hamı yekdilliklə namizədliyi irəli sürülmüş şəxslərə səs verib. Dünən xəbər verdiyimiz kimi, Komitənin 2 yeni üzvü olub. Bunlar Qurban Qurbanov və Xarici İşlər naziri Elmar Məmmədyarov olub.

Xatırladaq ki, Rövnəq Abdullayev 2008-ci il martın 14-də ilk, 2012-ci il martın 9-da isə ikinci dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57440

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728