Sabunçu prokurorunun neft biznesi – Türk iş adamı məhkəməyə üz tutdu

11.03.2016 - 15:33

adem-memmedovTürk iş adamı azərbaycanlı prokuroru məhkəməyə verir.

AzNews.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib. O, bir müddətdir ki, öz şərikini həbs etdirməkdə adı hallanan prokurorun kimliyini açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxs Sabunçu rayon prokuroru Ceyhun Səlimovdur: “Bakı şəhər rayon prokurorlarından birinin öz şərikini həbs etdirməsi ilə bağlı məlumat vermişdim. Həmin işlə bağlı araşdırmada məlum oldu ki, biznesmen rayon prokuroru bütün dövlətlərin sanksiyalar qoyduğu İrandan Əfqanıstana külli miqdarda neft alqı-satqısı ilə məşğul olub, Türkiyədə bu işləri görən şirkəti də aldadıb, nəticədə türk iş adamına da cərimələr gəlib”.

Vəkil həmin türk iş adamının bu səbəbdən C.Səlimovu məhkəməyə verməyə hazırlaşdığını və bunun üçün vəkil də tutduğunu deyib: “Rayon prokuroru öz şəriklərini həbs etdirməklə hədələyib pul əldə etmək niyyətindədir. İş o yerə çatıb ki, rayon prokuroru biznes ortaqlarına sifariş də göndərib ki, 300 000 əvəzinə 20-30 min də olsa, kimdə varsa gətirib versin ki, həbs edilməsinlər. Rayon prokurorunun özünün, övladının adından olan və biznes əlaqələrini sübut edən müqavilələr, hesablaşmalar, e-mail və telefon danışıqları mövcuddur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57488

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728