DYP elektron protokolları “ASAN Xidmət”dən niyə gizlədir? – Bəs qanun nə deyir?

14.03.2016 - 13:46

dypSürücülər üçün son vaxtlar problemə çevrilmiş elektron protokol söhbətinə dəfələrlə qayıdası olacağıq, çünki bu sistem düz 2 ildir ki, normal işləmir…

Ölkə.az xəbər verir ki, tanınmış hüquqşünas Ərşad Hüseynov uzun müddətdir həllini gözləyən bu problemlərə aydınlıq gətirib:

Əsas problemlərdən biri elektron protokolun ödəniş sistemlərinə yerləşdirilməməsi və sürücünün cəriməni ödəyə bilməməsidir. Hətta təbliğat aparılır ki, guya bu halda və ümumiyyətlə elektron protokol olduqda sürücü DYP orqanına gedib, bunu təsdiqlətməlidir və s.

Qanunvericiliyin bunula bağlı tələbi birmənalı və qətidir. Elektron protokol dərhal tərtib edilməli və dərhal “ASAN ödəniş” sisteminə ötürülməlidir. Bu o deməkdir ki, sürücü qaydanı pozduqdan bir neçə dəqiqə sonra ona görə cəriməni ödəmək imkanına malik olmalıdır. Bütün dünyada bu sistem belə qurulub və bizim qanun da bunu belə təsbit edib.

Düzdür, bu halda ödənişi etmək sürücünün öz seçimidir, çünki qanuna əsasən, hüquqi nəticə doğuran fakt elektron protokolun kağız daşıyıcıda sürücüyə çatdırılmasıdır. Yalnız bundan sonra müvafiq hüquqi proses başlayır: qərar qanuni qüvvəyə minir, onu ödəmənin müddətinin axımı başlayır, gecikmə olduqda hüquqi nəticələr meydana çıxır və s.

Amma qanun deyir ki, sürücü qanuni qüvvəyə minməyən qərarı da icra edə (cəriməni ödəyə) bilər. Ona bu imkan yaradılmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=57649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31