Bakıda 17 yaşlı oğlan fahişəxana işlədirmiş – Məşhur kafedə

15.03.2016 - 12:07

faisexanaBakıda kafelərdən birində əxlaqsızlıq yuvası təşkil edilməsi faktı ilə bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında Məzahir Rüstəmov küçəsində yerləşən “Stimul” kafesində Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyat zamanı kafedə əxlaqsızlıq yuvasının təşkil edildiyi üzə çıxıb və bir neçə kişi və qadın saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, kafeni Ağdaş sakini olan 17 yaşlı Fariz Mahmudov (ad şərtidir) icarəyə götürüb və əxlaqsızlıq yuvası kimi buradan istifadə edirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsində iş başlanılıb, araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=57753

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31