Nazir xalq artistinə görə rəisi işdən qovdu

18.03.2016 - 17:00

ramil-usubovDaxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə bu gün Bakı şəhər Binəqədi rayon polis İdarəsi 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyev işdən çıxarılıb.

Anar Şıxəliyevin fəaliyyəti yoxlanılıb və o, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, bu günlərdə paytaxtın bir neçə bölmə rəislərinə daxili işlər naziri Ramil Usubovun əmri ilə xidməti fəaliyyətindəki nöqsanlara yol verdikləri üçün şiddətli töhmət verilib. Bu sırada Anar Şıxəliyevin də adı var.

Bundan əlavə, Anar Şıxəliyev bir neçə ay əvvəl millət vəkili Zeynab Xanlarovanın gəlini onun avtomobilinə yol vermədiyinə görə qalmaqalla sonunclanan hərəkətə yol vermişdi, bu yaxınlarda isə tanınmış istirahət məkanlarının birində qalmaqallı hadisə törətmişdi.

Onu da qeyd edək ki, Anar Şıxəliyev Sabirabadın keçmiş icra başçısı, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən bir il sonra çıxarılmış Vaqif Şıxəliyevin oğludur. // Moderator.az

Short URL: http://www.cumhuriyyet.net/?p=58261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31