Lerikdə rayon mərkəzini su basdı – FOTO

18.03.2016 - 17:42

lerikLerik rayon mərkəzini su basıb.

“Report”un məlumatına görə, rayonun Avtovağzal adlanan ərazisində yerləşən fərdi yaşayış evləri, ticarət obiyektləri və digər inzibati binalara ziyan dəyib.

Zərərçəkənlərdən Rüfət Ramazanov sayta bildirib ki, yerli sakinlər qrunt sularının axın istiqamətini dəyişmək üçün kanallar qazsalar da, problem həll olunmayıb: “Dağlıq ərazilərdə və yüksəkliklərdə qar əridikcə qrunt suları aşağı məhəllələri basır. Burada iki ədəd böyük diametrli boru olub ki, qrunt suları axıb getsin. Lakin həmin borular lillə dolduğundan, su axa bilmir. Nəticədə yağış və qrunt suları bu ərazidə cəmlənir. Qrunt suları torpaq səviyyəsindən 50 santimetrə, bəzi yerlərdə 1 metrə qədər qalxıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=58274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31