“Türkiyə Ermənistanı bombalayıb Qarabağı…” – ŞOK PROQNOZ

20.03.2016 - 23:49

qarabaq2“Rəsmi Bakı Qarabağı qaytarmaq üçün müharibə ssenarisini alternativ olaraq saxlayır. İndiyə qədər bunu siyasi ritorika hesab etmək olardı. Amma Türkiyənin məsələyə qarışması yeni müharibə riskini artırır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Strateji Tədqiqatlar İnstitutunun Qafqaz sektorunun rəhbəri, politoloq Artur Atayev Azərbaycan Prezidenti İlham Əliyevin Ankara səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, müharibə ssenarisi indiki halda Ermənistan, eləcə də Rusiya üçün neqativdir: “Qəribə də olsa deyə bilərik ki, münaqişənin yeganə həll yolu müharibədən keçir və bunu Bakı edə bilər. Ona görə də Rusiya da, Türkiyə də, həmçinin, digər beynəlxalq güclər də Bakıya xüsusi maraq göstərirlər”.
Rusiyalı politoloq iddia edir ki, Türkiyə Qarabağda yeni müharibənin başlamasına səbəb olacaq.
“Əgər Qarabağda müharibə başlayarsa, Türkiyə ordusu Ermənistana birbaşa müdaxilə etməyəcək. Amma Suriya presedentindən istifadə edə bilər. Yəni ölkə sərhədlərinin içinə girmədən döyüş təyyarələri ilə havadan bombalamaq. Bu Ermənistan üçün dəhşətli ssenaridir. Ümumiyyətlə Qarabağ məsələsində heç bir pozitiv ssenari nəzərə çarpmır”, – deyə o bildirib.
Atayev hazırki situasiyada Rusiyanın Qafqazda Türkiyəyə məğlub olduğunu da diqqətə çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=58334

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31