“Embawood”un məsul şəxsindən şok addım – Baş kəsməklə hədələdi

28.03.2016 - 16:45

embavudBir müddət əvvəl mətbuatda Masallı sakininin intihar həddinə çatdırılması ilə bağlı yazılar dərc edilmişdi. Yazılarda qeyd olunurdu ki, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu dələduzluğun qurbanı olub. O, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb. E.Ağayevin iddia ərizəsi əsasında Masallı rayon Məhkəməsi qərar da çıxardıb. Qərara görə, Z.Məmmədov şikayətçiyə 3700 dollar vəsaiti ödəməlidir.
Redaksiyaya ilginc məlumatlar daxil olub.
Məlumatda deyilir ki, Elnur Ağayev onu aldadan Zaur Məmmədovu tapmaq, pulunu geri almaq məqsədi ilə “Embawood” mebel şirkətində işləyən qardaşı İlqar Məmmədova müraciət edib. “Embawood”un məsul şəxsi Elnuru görüşə çağıraraq başını kəsəcəyi ilə hədələyib. E.Ağayev bununla bağlı şirkətə müraciət ünvanlayıb:”Online olaraq müraciət ünvanlamışam, ancaq hələ bir cavab yoxdur.”

7news.az

Short URL: http://www.cumhuriyyet.net/?p=59014

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31