Ağdaşda yüksək vəzifəli məmurlar rayon ərazisini zəbt edərək balıq gölməçələrinə döndəriblər – VİDEO

29.03.2016 - 15:53

aqdasAğdaşda vəzifədə olub, balıq vətəgəsi olmayana pis baxırlar.

Ağdaşda icra hakimiyyətinin başçısı və icra hakimiyyətində yüksək vəzifə tutanlar rayon ərazisini balıq vətəgəsinə döndəriblər. Bunun üçün onlarla hektar torpaq sahəsi zəbt edilərək gölməçələrə çevrilib.

Ağdaş rayonunda məmurlara aid olan balıq vətəgələri barədə Ölkə.az-a məlumatlar daxil olub. Faktı dəqiqləşdirmək üçün apardığımız qısa araşdırmadan sonra isə bu rayonda baş verən məmur özbaşınalığının, vəzifədən sui-istifadə edərək əhalinin necə əzildiyinin şahidi olduq.

Əldə etdiyimiz məlumata görə, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov özünün birinci müavini, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovla şərik 55-60 hektar Cücük, Qaradağlı, Malay kəndlərinin otlaq yerlərini zəbt edərək oranı qazdırıb və bütün ərazini süni balıq vətəgəsinə döndərib. Bununla birgə icra başçısı özünün şərik-müavini ilə ortaq Cücük kəndindinin ehtiyat su ambarını da şəxsi balıq vətəgəsi kimi istifadə edir.

Bundan başqa Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov rayon icra nümayəndəsi Azər Paşayevlə ortaqlaşaraqBulaqotağı və Qəsr kəndlərinin Türyançay ərazisinə düşən 40-50 hektarlıq otlaq yerlərini də zəbt edərk balıq vətəgəsi yaradıblar. Bulaqotağı kəndinin keçmiş bələdiyyə sədrinə isə camaatı sakitləşdirmək üçün kiçik bir göl (vətəgə) hədiyyə edilib. Hazırda Bulaqotağı kəndinin ərazsisindəki meşə zolağı kəsilərək növbəti vətəgələr üçün hazırlanır.

Ağdaş rayon Dövlət Yol Polis İdarəsinin rəisi Namiq Qəmbərov rayon mərkəzi və Pirkeçə kəndi arasındakı 2 hektara yaxın ərazidə balıq gölü və istirahət məkanı tikdirir.

Rayonu balıq vətəgəsinə döndərən icra başçısı və ona yaxın olan məmurlar vətəgədən çıxan balıqların satılması üçün bazarı da monopoliyaya alıb. Tofiq İbrahimov Ağdaş bazarının müdirinə göstəriş verib ki, ona məxsus olmayan vətəgələrin balıqları bazarda satıla bilməz. Bazarda ancaq icra başçısının gölməçələrində yetişdirilmiş balıqlar satılır. Bazar rəhbərliyi isə ticarətçilərə balıqçılardan və kənar vətəgələrdən gətirilən balığı satmağa qadağa qoyub.

Rayonun yüksək vəzifəli məmurlarının əməlləri bununla bitmir.Rayon icra nümayəndəsi Azər Paşayev Yuxarı Qəsr kəndindəcamaata məxsus olan pay torpaqlarını onların əllərindən alaraq burada özü üçün xurma bağları salıb. Bundan başqa Ağdaş rayonunun ərazisindən keçən Türyançay çayının sağ sahilindəAzər Paşayevin bir dənə də balıq vətəgəsi var.

Tofiq İbrahimovun torpaq fırıldağı bunlarla bitmir. Redaksiyamıza daxil olan digər məlumatda isə bildirilir ki, bu yaxınlarda Ağdaş şəhərinin ərazisinin böyüdülməsi üçün Qəsr kəndindən 40 hektara yaxın torpaq sahəsi kəsilib və şəhər icra nümayəndəliyinin balansına verilib. İcra başçısı burada da öz maraqlarını unutmayıb. Qəsr kəndindən kəsilib icra hakimiyyətinə verilən torpaq sahəsində (icra hakimiyyətinin inzibati binasının arxa hissəsində yerləşir) meyvə bağları salınıb. Bağ isə birbaşa icra başçısı Tofiq İbrahimovun özünə məxsusdur.

Rayonun kəndlərində camaat icra başçısının bu əməllərindən çox narazıdır. Əhali yeganə dolanışıq mənbələri olan heyvanlarını otarmağa yer tapmır. Rayonun otlaq üçün nəzərdə tutulmuş bütün boş ərazisi başda icra başçısı olmaqla rayonun yüksək vəzifəli məmurları tərəfindən hektar-hektar zəbt olunur. Nəticədə heyvanını saxlaya bilməyən əhali onları kəsib satmağa və şəhərə üz tutmağa məcbur olur. Bunun ümumilikdə heyvandarlığa vurduğu ziyan isəmilyonlarla ölçülür. Kənd camaatının dediyinə görə, rayon ərazisində salınan bu çoxsaylı vətəgələr həm də əkinçiliyə böyük ziyan vurur və torpağın məhsuldarlığını aşağı salır. Çarəsiz qalan əhali isə dərdini deməyə yer tapmır.

Mövzuya qayıdacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=59144

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31