Daha bir icra başçısının xidməti maşını 90-lıq yolda 190-la “uçdu” – VİDEO

30.03.2016 - 12:50

aa2Martın 27-də Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin 63 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobili kobud qayda pozuntusuna yol verib. Bununla bağlı videomaterialı reportyor.tv saytı yayıb. Avtosfer.az-ın həmin sayta istinadən verdiyi məlumata görə, başçının xidməti maşını bazar günü Bakıdan Zərdab rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq saatda 90 km sürət rejimi tətbiq olunan yolda – Bakı-Qazax yolunda sürrət həddini iki dəfədən çox aşaraq saatda 190-la hərəkət edib.
Sayt bildirir ki, yol polisi dövlət məmurlarının bu cür qayda pozuntularına göz yumur.
Qeyd edək ki, Azərbaycan yollarında qanunla icazə verilən maksimum sürət həddi 110 km-saatdır. İcra başçısının xidməti avtomobili 90-lıq yolda 190-la hərəkət etdiyi üçün avtomobili idarə edən sürücü İnzibati Xətalar Məcəlləsinə əsasən, 250 manat və 5 cərimə balı ilə cəzalandırılmalıdır.
Avtosfer.az-ın apardığı kiçik bir araşdırmadan sonra məlum oldu ki, 63 AA 001 dövlət qeydiyyat nişanlı avtomobil sığortasızdır. Bu avtomobilin icbari sığortasının müddəti ötən il sentyabrın 25-də bitib.

Short URL: http://www.cumhuriyyet.net/?p=59279

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31