ATV də parçalanmağa başladı, vitse-prezident baş redaktora qarşı – TƏFƏRRÜAT
ATV-də son günlər rəhbərliklə “ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlu arasında münasibətlər gərginləşib
Ölkə.az-ın əldə etdiyi məlumata görə, Aydınoğlu rəhbərliyin qərarlarına tabe olmaqdan dolayısıyla imtina edir, özü müxtəlif qərarlar verir.
Mənbə bildirir ki, telekanalın vitse-prezidenti Rauf Dadaşov bununla bağlı bir neçə dəfə V.Aydınoğluya xəbərdarlıq etsə də, o, bütün bunlara məhəl qoymayıb. Nəticədə münasibətlər daha da gərginləşib. Hazırda şirkətdə hər kəs Dadaşov-Aydınoğlu qarşıdurmasının sonunun nə ilə bitəcəyini gözləyir. Telekanalın prezidenti Vüqar Qaradağlı isə gözləmə mövqeyindədir. Baxmayaraq ki, Dadaşov onun qayınıdır.
Mövzunu davam etdirəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=64674