Azərbaycanlı alimlərdən dünyanı dəyişə biləcək ixtira – Sudan qaz aldılar (VİDEO)

24.05.2016 - 10:17

qazAlimlərimiz yeni ixtiraya imza atıblar.

Oxu.az “Xəzər Xəbər“ə istinadən məlumat verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor və aspirantları dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər.

Üstəlik bu qurğu vasitəsilə alınan qaz məişətdə istifadə etdiyimiz metan qazından bir çox parametrlərinə görə üstündür.

Azərbaycan alimləri yanacaq qazı istehsal edənilə yeni qurğu ixtira ediblər. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır.

Özü də burada dəniz, suyu kimi tükənməz xammaldan istifadə edilə bilər.

Prosesə uyğun alınmış qaza şətri olaraq “Hidroqaz” adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan “Metan” qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üstəlik ekoloji baxımından da daha təmizdir.

Məsələn, “Metan” qazı ilə istər şüşəni, istərsə də alüminiumu kəsmək mümkün olmadığı halda, “Hidroqaz”la bu proses rahatlıqla həyata keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=64894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728