Bu gün Azərbaycanda helikopterlər satışa çıxarılır

24.05.2016 - 10:58

mi8Bu gün Azərbaycanda helikopterlər hərraca çıxarılacaq. ANS PRESS-in məlumatına görə, hərraca çıxarılan vertolyotları ala bilmək üçün azı 10% həcmində beh verilməlidir.

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hava nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Hərraca çıxarılanlar Mİ-8 tipli helikopterlərdir. Onlar 1991-93-cü il istehsalıdırlar. Hava gəmisinin satış qiyməti 130023 manatdan başlayır.

Hərraca çıxarılan helikopterlər

Short URL: http://www.cumhuriyyet.net/?p=64907

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728