Bakıda polis reydində gülməli anlar – Video

25.05.2016 - 17:02

dypBakı şəhər Dövlət Yol Polisi İdarəsi və Qafqaz Universitetinin tələbələri paytaxtın 6 nöqtəsində yeraltı və yerüstü piyada keçidindən istifadə etməyən piyadalarla bağlı reydlər keçiriblər.

Avtosfer.az-ın məlumatına görə, təxminən 3 ay davam edən reydlər zamanı videoçəkiliş aparılıb. Yekunda isə tələbələr maraqlı sosial çarx hazırlayıblar. Bundan əlavə, tələbələr reyd zamanı qeydə aldıqları maraqlı görüntülərdən ibarət videomaterialı da təqdim ediblər.

Videoda piyadaların hətta yol polisinin gözü qarşısında özünü yola atıb maşınların arasından keçməyə çalışması, yol polisi əməkdaşları ilə mübahisə etməsi və digər maraqlı məqamlar da əksini tapıb.

Həmin görüntüləri təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=65130

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728