Qubanın alma bağlarına xəstəlik düşüb

26.05.2016 - 15:08

almaQubanın alma bağlarına xəstəlik düşüb. Xəstəlik artıq meyvələrə də öz təsirini göstərib.

Bağlara düşən xəstəlik mühüm zərərverici qrupları ilə yanaşı, meyvə bağlarına göbələk, bakteriya, virus, mitoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər də böyük iqtisadi zərər vurur. Ancaq havanın rütubətli keçməsi bu xəstəliyi daha da aktivləşdirir.

Fermer Zakir Həsənov bildirib ki, almalar artıq bu virus nəticəsində əyri böyüyəcək və xəstəlik düşən nöqtə inkişafdan dayanacaq: “Göbələk mənşəli xəstəliklərdən dəmgil daha böyük iqtisadi zərərvurmaya malikdir. Xəstəliklə yarpaq, çiçək, zoğ və meyvələr yoluxur. Rütubətli və soyuq keçən yaz aylarında xəstəlik epifitotik hal olaraq məhsulun 85-90%-i, yarpaqların isə 100%-nin yoluxmasına səbəb olur”.

Sahibkar Faiq Nəcəfov isə xəstəliklərə qarşı istifadə olunan dərmanların keyfiyyətindən narazı olduğunu bildirib: “Narahat doğuran məqamlardan biri də dərmanların keyfiyyətinin aşağı olmasıdır. Lakin problemlər bununla bitmir. Dərmanların satışında da problemlər yaşanır. Dərman satışına nəzarət olunmur. Əksər dərmanlar isə xarici ölkələrdən idxal olunur və labaratoriyalarda yoxlanılmadan satışa çıxarılır”.

Quba Fermer Evinin böyük elmi işçisi Rüfət Məmmədov bildirib ki, alma bağlarına düşən xəstəliklərin qarşısını vaxtında almaq olardı: “Dəmgil xəstəliyi asan yoluxan xəstəlikdir. Bu xəstəliyin ilkin əlamətləri ağacın yarpağında daha sonra isə yeni cücərmiş meyvələrdə özünü göstərir. Dərmanlardan düzgün və vaxtında istifadə etməklə bu kimi xəstəlillərin qarşısınbı almaq mümkündür. Xəstəlik geniş yayılanda isə və artıq meyvələrə yoluxarsa qarşısını almaq olmur”.

Qeyd edək ki, şimal bölgəsində 33 min 406 hektar meyvə bağı var ki, bunun da 70 % faizini alma bağları təşkil edir. Qalan 30 % isə çəyirdəkli meyvə bağlarıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=65235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728