Tanınmış aparıcı ANS-də işə başladı

26.05.2016 - 17:24

tofiqBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, tanınmış telejurnalist Tofiq Abbasovu bundan sonra ANS-də görəcəyik.

Lent.az-ın məlumatına görə, T.Abbasov gələn həftədən ANS-də yayımlanan “Nəzər nöqtəsi” verilişinin yeni aparıcısı olacaq. Bu barədə sözügedən teleşirkətin rəhbərliyi tərəfindən T.Abbasova təklif gəlib və razılıq əldə olunub.

T.Abbasov Bakı Beynəlxalq Multikultiralizm Mərkəzindəki vəzifəsini saxlamaqla, həm də ANS-in ən uğurlu layihələrindən birində müəllif-aparıcı kimi çalışacaq.

T.Abbasov Azərbaycan televiziyasının tanınmış simalarından biridir. O, uzun müddət AzTV-də, “Lider” kanalında analitik verilişlərin layihə rəhbəri və aparıcısı olub. Eyni zamanda, siyasi icmalçı kimi də fəaliyyət göstərir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Nəzər nöqtəsi” verilişinin keçmiş aparıcısı İlhamiyyə Rza “ANS”dən ayrıldığını açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=65261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728