Qarabağdan son reportaj – Video

27.05.2016 - 11:23

qarabaq2Polşanın İctimai Televiziyasının çəkiliş qrupu müvafiq akkreditasiya kartı ilə Azərbaycanda və Ermənistanda səfərdə olub. Səfərin nəticəsində çəkiliş qrupu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı silsilə verilişlər hazırlanır.

“Qafqazinfo” xəbər verir ki, Dailykarabakh-ın məlumatına görə, jurnalist Pavel Szota müsahibə verən Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib: “İlk əvvəl problemin mənbəyini həll etmək lazımdır. Qaçqınlar, işğal olunmuş torpaqlar sadəcə bir nəticədir. Əsas problem Dağlıq Qarabağın statusudur”.

Ermənistan XİN-nin rəsmisi bununla Azərbaycan ərazilərinin işğalını və işğal olunmuş ərazilərdən azərbaycanlıların qovulmasını və onların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini etiraf edir. Bu ölkənin rəsmi mövqeyini çatdıran şəxs tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiq edən və etiraf edən çox ciddi açıqlamadır.

Ermənistan rəsmisi tərəfindən belə bir kəlmənin səslənməsinə inanmayaraq redaksiya olaraq polyak dilini bilən mütəxəssislərə və polyak dilinin daşıyıcılarına müraciət etdik. Onlar da işğal faktının səsləndirildiyini təsdiq etdilər.

Verilişdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin də müsahibəsi yer alıb. O, münaqişənin əsasını Ermənistanın Azərbaycan ərazilərini işğalı, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan qoşunlarının qeyri-qanuni mövcudluğu təşkil etdiyini deyib.

Veriliş əsnasında atışmalarda həlak olmuş erməni və Azərbaycan əsgərinin valideynləri və yaxınlarının müsahibəsi verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728