Yol polisi maşını yumruqlayıb sürücüyə “başın işləmir” dedi – VİDEO

31.05.2016 - 13:43

polis2Bakıda sürücüyə qarşı kobudluq edən yol polisləri öz səhvlərini unudub

Bu görüntülər 12.05.2016-cı il tarixdə Bakının Yusif Səfərov küçəsində qeydə alınıb.

Oxucu avtosfer.az-a müraciətində bildirib ki, həmin küçənin Cavanşir körpüsünün yanındakı hissəsindən geriyə dönmək istədiyərkə 99-YP-421 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan Yol-Patrul Xidməti əməkdaşı ona «sola dön» deyərək, müraciət edib: «Həmin yerdə ancaq sola dönməyə icazə var. Mən isə polisin və yol nişanının dediyi kimi, sola dönürdüm, başqa istiqamətə getmirdim. Polis bir daha «sola dön» dedikdə mən avtomibilimi yerindən tərpətdikdə sağdan üstünlüyə malik olan nəqliyyat vasitələrinə yol verməyə məcbur oldum. Çünki polis əməkdaşı sağdan gələn avtomobillərin hərəkətini qadağan etməmişdi. Mən həmin yerdə özümün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq dayanıb gözlədikdə polis əməkdaşı maşınımın arxa sağ hissəsindən yumruqla vuraraq sola dönməyimi tələb etdi və məni təhqir edib dedi ki, «sənin başın işləmir». Həmin zərbədən mənə maddi ziyan dəydi (avtomobilim əzildi). Həmin vaxt başa düşmədim ki, polis əməkdaşı məndən nə istəyir. Mənə deyir, sola dön. Mən məgər sağa və ya düzünə hərəkət edirəm? Sağdan üstünlüyə malik olan nəqliyyat vasitələrinin qarşısını kəsmədən məni niyə təhlükəyə məruz qoyur? «Yol Patrul Xidməti haqqında» Təlimatda və «Yol hərəkəti haqqında» qanunda nəqliyyat vasiətlərinin hərəkətini belə nizamlamaq nəzərdə tutulmayıb. Qanunda sırf hərəkət təhlüksəizliyi nəzərdə tutulub. Polis sürücüyə elə siqnal verməlidir ki sürücü onu aydın şəkildə vaxtından əvvəl qavraya bilsin».

Ümid edirik ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi sürücüyə qarşı kobudluq etmiş yol polisləri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün göstəriş verəcək…

Short URL: http://www.cumhuriyyet.net/?p=65623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728