Lerikdə güclü yağış bir sıra fəsadlar törədib

31.05.2016 - 17:52

lerikLerik rayonunda leysan yağıb, dolu düşüb. “Report”un Cənub bürosunun məlumatına görə, yağıntı rayonun bütün ərazisini əhatə etsə də, Zuvand istiqamətində olan kəndlərdə – Cəngəmiran, Blabənd, Büzeyir, Pirəsora, Orandda, eləcə də rayonun aşağı ərazisində – Çinqədulan, Züvüc, Ordahal, Livədirgə kəndlərində daha intensiv xarakterli olub.
İlkin məlumatlara görə, dərələrdə sellər yaranıb.

Taxıl zəmiləri ağırlığa tab gətirməyərək, yatıb. Fərdi təsərrüfatlarda bostan bitkilərinə, kartof və digər əkinlərə də ziyan dəyib.

Zuvand ərazisində çaya keçid üçün qoyulmuş beton boruları sel aparıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyanın sədri Habil Məlikov rayon ərazisində leysan xarakterli yağıntının olduğunu təsdiqləsə də hələlik vətəndaşlardan hər hansı məlumatın daxil olmadığını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728