Zaurun verilişində səhiyyə sistemi sərt tənqid olundu – Nigar həkim reklamlardan “qayıtmadı”

01.06.2016 - 10:54

zaurMayın 30-u «ATV» kanalında yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu «BizimləSən» canlı proqramında maraqlı hadisə baş verib.

Verilişdə müzakirə mövzusu səhiyyə sistemindəki problemlər, özəl klinikalarla dövlət səhiyyə ocaqlarının müqayisəsi olub. Verilişə dəvət olunan özəl klinikaların birində çalışan (klinikanın adı reklam edilməməsi üçün açıqlanmayıb) Nigar adlı həkim səhiyyədəki problemləri qabardaraq, xüsusilə dövlət tibb ocaqlarındakı acınacaqlı vəziyyətə toxunub. Türkiyədə tibbi təhsil aldıqdan sonra Vətənə dönən Nigar həkim çıxışında olduqca sərt ifadələrdən istifadə edib. Elə məhz bu sərt ifadələr verilişin yarıda kəsilməsinə səbəb olub. Öncə həkimin mikrafonu kəsilib, daha sonra isə ümumiyyətlə yayım dayandırılıb. Yarıda kəsilən verliş bir neçə dəqiqə sonra reklamlara ayrılıb.

Maraqlısı budur ki, reklamlar bitdikdən sonra veriliş davam etsə də, sərt çıxışı ilə fərqlənən həkim artıq studiyada yox idi. (Azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=65722

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728