Vaqif Əsədov: ”May ayında Bakıda 170 avtobus sürücüsü cərimələnib”

02.06.2016 - 16:22

vaqif-esedov96 sürücü eyni əməllə 4 dəfə inzibati xəta törədib.

“Bu ilin may ayı ərzində Bakı şəhəri ərazisində dayanma-durma və parklama tələblərinin pozulması ilə əlaqədar yol polisi 27 500-dən artıq inzibati protokol tərtib edib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, protokollar daha çox metronun “Neftçilər”, “Xalqlar Dostluğu”, “Koroğlu”, “Qara Qarayev”, “Nizami”, “İnşaatçılar” və “20 yanvar” stansiyalarının ətrafında və “Şamaxinka” adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı tərtib olunub.

“Mindən artıq taksi sürücüsünə qarşı inzibati protokol tərtib olunub. İnzibati protokollar araşdırılarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə, müxtəlif vaxtlarda ikinci dəfə cərimələnib. 96 sürücü isə eyni əməllə 4 dəfə inzibati xəta törədib. Ümumilikdə 170 avtobus sürücüsü qanunun tələbini pozub”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65955

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728