Azərbaycanlı rəqqasənin toyundan görüntülər – VİDEO

03.06.2016 - 11:38

fatimeRəqqasə Fatimə Fətəliyeva “ATV maqazin onlarla” verilişində şəxsi həyatı ilə bağlı bəzi  etiraflar edib.

Oxu.az xəbər verir ki, rəqqasə birinci həyat yoldaşı ilə bağlı bunları deyib:

“Həyatımda böyük bir sevgi yarandı – Aydanımın atası. Düzdür, o vaxtlar ailələr qızlarını tez ərə verirdilər, 15-16 yaşından. Amma bizim ailəmizdə belə bir fikir yox idi. Yəni anam, atam düşünmürdü ki, mən artıq ailə qurmalıyam. Sadəcə ərkəsöyünlüyüm, sözə baxmamağım mənə həyatda çox problemlər yaratdı.

Həyat yoldaşımı o qədər çox sevirdim ki, məni ona ərə verməsəydilər, özümü öldürə bilərdim. Məktəbdə oxuyanda 16 yaşımda qoşulub qaçdım. Sonra toyum oldu. Toyun xərcini valideynlərim çəkdi. Bütün əziyyətlərim ailə qurandan sonra başladı”.

Qeyd edək ki, illər sonra biznesmenlə vətəndaş nikahında yaşayan Fatimə Fətəliyeva 2011-ci ildə ikinci dəfə oğul anası olub.

Video BAKU.WS saytından götürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=66037

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728