İcra başçısı ağacları kəsdirib, çayxana tikdirir – FOTOLAR

03.06.2016 - 15:07
nizami-rayonuPaytaxtın Nizami rayon icra başçısının ağac qətliamı səngimir. Taleyinə başçılar tərəfindən yaşıllıqları məhv edilmək yazılmış bu rayonda fasiləsiz ekoloji soyqırımı həyata keçirilir.

Vizual.az-a göndərilmiş daha bir fotodan görünür ki, metronun “Neftçilər” stansiyası yaxınlığındakı dayanacağın ətrafındakı ağaclar da bir gecənin içərisində kəsilib.
Rayonun icra başçısı Arif Qasımovun təlimatı əsasında reallaşan ağac qətliamına görə kimsə məsuliyyətə cəlb olunmur. Məlumatda deyilir ki, şəkildə görünən kəsilmiş ağacların yerində çayxana tikilir. Bundan əlavə, qəzet köşkünün yerini belə dəyişirlər.
Çayxananı ekoloji mühitin qorunmasından üstün tutan icra başçısı “8-ci kilometr” bazarı, Qara Qarayev prospekti ərazilərində də bir yaşıllıq saxlamayıb. A.Qasımov təyinat aldığı gündən etibarən Nizami rayonunda ağaclara qənim kəsilib. Sanki icra başçısı məhz bu işə görə icra başçısı postuna təyin olunub.
Nizami rayonuna bu günə kimi rəhbərlik etmiş bütün icra hakimlərinin dövründə yaşıllıqlar məhv edilib. Rayon ərazisində vaxtilə ağaclar olan yerlərdə indi dükanlar fəaliyyətdədir. A.Qasımov isə son həmlələrini etməkdədir.



Short URL: http://www.cumhuriyyet.net/?p=66091

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728