“Palsüd” ölkə sərhədlərini aşdı (VİDEO, FOTO)

03.06.2016 - 16:03

palsudMəlum olduğu kimi, “Palmali” Şirkətlər Qrupunun tərkibində 2005-ci ildə “NurSüd MMC” süd və süd məhsulları emalı zavodu təsis edilib. Artıq 2008-ci ilin əvvəlindən etibarən “PalSüd ” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin piştaxtalarını bəzəməyə başlayıb. Eyni zamanda, 2009-cu ildə “Paldad” ticarət nişanı ilə dondurma istehsalına başlayan “Palfood MMC“ dondurma fabriki də yaradılıb.

palsud1Ölkəmizdə özünəməxsus keyfiyyəti ilə alıcıların rəğbətini qazanan “Palsüd” bu gün artıq Azərbaycan sərhədlərini aşıb. Şirkətin məhsulları iyun ayinin 1-dən etibarən Gürcüstan Respublikasına ixrac olunmağa başlayıb. Gürcüstana yola düşən ilk yük maşını karvanı “Palsüd”ün anbarlarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının nəzarəti ilə yüklənib və maşının yük yeri möhürlənib.

 

palsud2“Palsüd dağıntı” MMC-nin satış müdiri Məhəmməd Osmanov bildirib ki, zavod qonşu ölkədə süd məhsulları bazarında sağlam rəqabət aparacaq: “Palsüd” məhsulları Gürcüstanın müvafiq strukturlarının təbii süd, yağ, yüksək keyfiyyətli enerji və qida dəyərlərinə riayət olunması tələbindən uğurla keçib. Artıq Gürcüstan Respublikasının vətəndaşları təbii süddən yüksək keyfiyyətlə hazırlanmış “Palsüd” məhsullarının bütün çeşidlərini market və mağazalardan ala biləcəklər. Zavodumuz Azərbaycan istehsalı adı altında istehsal etdiyi məhsullarını Gürcüstandan sonra daha bir neçə ölkəyə çıxarmaq planları üzərində uğurla çalışır”.

Satış müdiri vurğulayıb ki, şirkət məhsullarını dəfələrlə beynəlxalq sərgilərə çıxarıb. “Palsüd” keyfiyyət və çeşidinə görə həmişə ön sıralarda olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=66108

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728