Bu sevgi də belə bitdi? – ATV-nin aparıcıları ayrılır
ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.
Axşam.az-ın məlumatına görə, cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar.
Xatırladaq ki, ATV-də “Xəbərlər” proqramının aparıcılığını edən S.Mustafayeva bir müddət öncə telekanaldakı işindən ayrılıb. O, açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.
Qeyd edək ki, Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib.
Short URL: http://www.cumhuriyyet.net/?p=66215