Nazir hotel tikdirir – Lənkəranda
Fövqəladə hallar naziri Lənkəranda yeni hotel kompleksi tikdirir.
24saat.org-a verilən məlumata görə, Kəmaləddin Heydərov şəhərin dəniz kənarı ilə üzbəüzdə hotellərin sayını artırır. Hazırda tikintisini davam edən hotellər “Qafqaz” hotelinə yaxın ərazidə yerləşəcək. Plana görə, gələcəkdə Lənkəranın dəmiryolu istiqamətinin dəyişdirilməsi və dəniz kənarında bulvar salınması nəzərdə tutulub. Hətta Lənkərandakı keçmiş konserv zavodunun da bu niyyətlə nazir tərəfindən özəlləşdirldiyi bildirilir. Lənkəran qeyri-rəsmi kuratorluq edən FHN şefi Qəbələdəki işlərini burada reallaşdırmağı hədəfləyib. Qeyd edək ki, şəhərin icra başçısı Taleh Qaraşov da K.Heydərovun kadrı kimi tanınır. Qaraşov isə rayonda satmadığı yer qoymayıb. Bu haqda 24saat.org-un reportajlarından birində tanış olacaqsınız.
Short URL: http://www.cumhuriyyet.net/?p=66229