Azərbaycanda 10 manata otel açıldı

06.06.2016 - 15:30

otelAzərbaycanda bir gecəlik qiyməti 10 manat olan hotel fəaliyyətə başlayıb.

Adı çəkilən hotel Lənkəran rayonunun Göyşaban kəndində fəaliyyətə başlayan “Mandarin Hotel”dir. Hotelin rəhbəri Nazim Dədəcanov bildirib ki, hotel iki hissədən ibarətdir. Əsas binada bir nəfərlik qiyməti 25 manat olan 2- 3 nəfərlik otaqlar yerləşir. Otaqlar tam təmirlidir. Tək və iki nəfərlik çarpayılar var. Hər bir nömrənin ayrıca hamam və ayaqyolusu, televizor, istilik və soyutma sistemi var. Bu qiymətə səhər yeməyi də daxildir. Bir ay qalanlara qiymət 20 manatdan hesablanır.
10 manatlıq nömrələr isə hotelin ikinci korpusundadır. Burada sahəsi 6-12 kv.m olan təmirli otaqlarda 2, 4 və 5 nəfər yerləşə bilər. Bu otaqlarda bir nəfərin gecələməsi 10 manata başa gəlir. Otaqlarda açılıb-yığılan çarpayılar qurulur. İsitmə-soyutma sistemi var. Hamam və ayaqyolu isə ümumidir.

Hotelin restoranında yeməklərin qiyməti isə 2-6 manat arasında dəyişir. Yağ, pendir və yumurtadan ibarət səhər yeməyi 2 manata, kabab, dolma, bozbaş kimi ev yeməklərinin qiyməti isə 3,5 -6 manat arasında dəyişir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66253

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728