“Topaz”ın fırıldağı sübut olundu – FOTOFAKT

07.06.2016 - 17:24

topazİyunun 10-da futbol üzrə Avropa çempionatı start götürəcək. Sport7.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi turnir üçün bukmeker kontorları müxtəlif mərc növlərini azarkeşlərinə təqdim edib.

Bunlardan biri də ölkəmizdə rəsmi mərc şirkəti kimi fəaliyyət göstərən “Topaz”dı. Ancaq bukmeker kontoru yenə müştərilərinə fırıldaq gəlmək niyyətindədi. Özü də bu dəfə fırıldaq daha açıq şəkildə nəzərə çarpır.

Məsələ burasındadı ki, “Topaz” mərc həvəskarlarından “Avro-2016″da kimin bombardir olacağını soruşur. Təxmin üçün də proqramda müxtəlif əmsallarla 37 futbolçunun adı qeyd olunub. Amma iş burasındadı ki, təklif olunan futbolçular arasında bombardir olacağı 12 əmsalla qiymətləndirilən, ancaq Fransa millisinə dəvət almayan Kərim Benzemanın da adı daxil edilib. Bundan başqa final mərhələsində iştirak etmək üçün Almaniya yığmasına cəlb edilməyən Marko Roysun da adı “Topaz” tərəfindən mərc həvəskarlarına təqdim edilib. Almaniyalı televiziya qarşısında yarışı izləyəcəyi halda “Topaz” onun bombardir olacağını 27 əmsalla qiymətləndirib. Eyni zamanda İspaniya millisinə cəlb edilməyən Dieqo Kosta ilə Fernando Toressin adı da mərc proqramına daxil edilib. Sizcə, bunun adı fırıldaq deyil, bəs nədi?

Sport7.az

Short URL: http://www.cumhuriyyet.net/?p=66459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728