Bakıda qədim erməni dili öyrədiləcək

09.06.2016 - 16:00

nesimiAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda qədim erməni dili ixtisası üzrə magistratura pilləsi açılıb.

APA bildirir ki, bu barədə Dilçilik İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qədim erməni dili ixtisası üzrə magistratura pilləsi Azərbaycan prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən açılıb.

Qeyd olunub ki, ötən il Dilçilik İnstitutunda 3 nəfər latın, sanskrit və yunan dilləri üzrə magistraturaya qəbul olub. Eyni zamanda, bu il institutda qədim iber, qədim erməni və toponimiya ixtisasları üzrə magistr təhsili həyata keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=66689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31