Əməkdar artistdən ürək dağlayan sözlər

10.06.2016 - 12:30

baxAllahım, çox şükür! Övladım qardaş ölkəmizin Baxçaşəhər Universitetinin magistr pilləsini uğurlu nəticələrlə bitirdi.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova yaşadığı çətin günlər haqda Feysbuk sosial şəbəkəsində yazıb. O, qızı Aynişanın uşaqlığı ilə bağlı xatirələrini də bölüşüb:

“Balam körpə olanda oturdum üzü qibləyə və Allahımla danışdım. “Ey böyük yaradan, sən bu körpəni atasız qoydun, amma sənsiz buraxma, onu pənahında saxla. Məni dosta, düşmənə möhtac eləmə”, – deyib, hönkürərək ağladım. Birdən Aynişan o biri otaqdan hönkürtümə gəldi. 2-3 yaşı var idi. Gəlib “Ana, niyə ağlayırsan? Xalidə görə ağlayırsan… O gələcək“, – dedi. Ondan sonra söz verdim ki, bir də ağlamayım. Çox əziyyət çəkdim, amma heç kəs bilmədi. Özümə söz vermişdim ki, balamı yüksək təhsillə təmin edəcəyəm. Gecə-gündüz bir söz deyirdim: “Qızım, dərslərini yaxşı oxumalısan, atana borcum var…”

Çox sağ ol, qızım. Məni atanın qarşısında utandırmadığına görə. Hazırda bu yazını göz yaşlarımda boğularaq yazıram. Amma budəfəki göz yaşları sevinc yaşlarıdır. Həyatım, nəfəsim, bütün varlığım. Bir qarnı ac-bir qarnı tox günlərimin əzabına dözmüsən. Bəlkə də başqaları sənin sarayda, yağ, bal içində böyüdüyünü təsəvvür edib. Amma sən ananın xəstəxana yatağının başında boynuna sarılaraq, ana, ölmə, deyə, yalvararaq böyümüsən. Bu günə çox şükür, körpəm. Artıq ali təhsilini də başa vurdun, ananı sevindirdin. Allah da səni sevindirsin, qızım. Atan da çox sevinir, bilirəm…”

Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 1992-ci il iyulun 10-da Qarabağda gedən döyüşlərdə şəhid olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=66758

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31