Gəncəyə qoz boyda dolu yağdı

10.06.2016 - 15:02

doluAzərbaycan ərazisində iyunun 9-u gündüzdən 10-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-15, bəzi yerlərdə 18-44, Başdaşağıl məntəqəsində 92, Qazax-Gəncə zonasında 3-10, bəzi yerlərdə 39-61, Kiçik Qafqazda 11-56, Lənkəran-Astara zonasında 1-22, Mərkəzi Aran rayonlarında 1-24 mm təşkil edib.

İyunun 9-da saat 20:18-20:20 radələrində Göygöldə 12, saat 16:22-16:26 radələrində isə Gəncədə diametri 18 mm olan dolu düşüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=66794

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31