Ermənilər Qarabağda xidmətdən imtina edir – Məhkəmə

13.06.2016 - 13:31

qarabaqErmənistan vətəndaşı olan 6 əsgər qondarma Dağlıq Qarabağın müdafiə ordusunun hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Məlumatda vurğulanır ki, Ermənistan vətəndaşları Qarabağdakı hərbi hissələrdə xidmətdən imtina edirlər:

“Bu günlərdə Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina edən bir neçə hərbi qulluqçunun cinayət işinə baxılıb. Araşdırmalar zamanı məlum olub ki, cari ilin martında qondarma Dağlıq Qarabağın müdafiə ordusu sıralarında həqiqi hərbi xidmət keçən Vartan Balyan, Sevak Ayrapetyan, Mxitar Akopyan, Kamo Kazaryan, Vitali və Andranik Bəyləryan Ermənistan vətəndaşı olmalarını əsas gətirərək Qarabağda hərbi xidmətdən boyun qaçırıblar. Bu səbəbələ də əsgələrə ittiham irəli sürülüb və barələrində cinayət məcəlləsinin 356-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət işi açılıb”.

Qeyd edək ki, məlumat Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi tərəfindən yayımlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=66938

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31