Saleh Məmmədov İlham Əliyevi saymır – Özünə 300 minlik “BMW” aldı

13.06.2016 - 15:29

salehÖlkə başçısı Ilham Əliyevin məmurları Naxçıvan Avtomobil Zavodunun istehsalı “NAZLifan” avtomobilləri almağa çağırdığı yəqin ki, hər kəsin yadındadır. Ölkə başçısının bu çağırışını qənaət və yerli istehsala üstünlük verməklə əlaqələndirmişdi. Bundan sonra bir çox məmurlar “NAZLifan” almağa başladı.

Iş o yerə çatdı ki, zavod sifarişləri çatdıra bilmədi. Avtomobillərin qiyməti isə bahalaşdı. Lakin bəzi məmurlar yenə də bahalı maşınlara üstünlük verirlər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “NAZLifan” almaqdansa, qiyməti 200-300 min manat civarında olan “BMW”nin 7-ci seriyadan olan sonuncu modelini alıb. Saleh Məmmədov bu maşından xidməti avtomobil kimi istifadə edir. Məlumata görə, ASC sədri əvvəlki xidməti maşınını müavininə verib. Həmin maşın da ucuz deyil. O da “BMW” markalıdır və qiyməti 100 min manata yaxındır. Görünür, Saleh Məmmədov “NAZLifan”da gəzməyi özünə rəva bilmir. Ona görə də ölkə başçısının çağırışını diqqətə almayıb

Azadliq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=66968

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31