ANS 333 333 manat pul aldı

14.06.2016 - 11:44

ansANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) maliyyə yardımı göstərilməsi ilə bağlı təqdim etdiyi müqaviləni imzalayıb.

Bu barədə Report-a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

T.Məmmədov bildirib ki, Azərbaycan Prezidentinin özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamına əsasən 333 333 manat maliyyə vəsaiti ANS televiziyasının hesabına köçürülüb.

Bundan əvvəl isə beş telekanal – ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV müqaviləni imzalayıb və onların da hər birinin hesabına vəsait köçürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. MTRŞ bu vəsaiti 333 333 manat olmaqla ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67035

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31