Bakı aeroportuna gedənlər itlərlə yoxlanılır

29.06.2016 - 15:29

baki3Türkiyənin Atatürk Hava Limanında 36 nəfərin həlak olması, 140-dan çox insanın yaralanması ilə nəticələnən terror hadisəsindən sonra Bakıda Heydər Əliyev Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Anspress bildirir ki, Daxili İşlər Naziliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirirlər.

Xarici uçuşların hayata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də hava limanına buraxılmayıblar. Hava limanına yalnız sərnişinlər – bilet və xarici pasport təqdim edildikdən sonra buraxılırlar.

Bu cür ciddi yoxlamalar bir neçə gün davam edəcək və yaxınlarını qarşılamaq istəyən insanlar belə içəri buraxılmayacaqlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=68482

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31