Azad Rəhimovla oğlunun “dibçək biznesi”: Nazirin villalarını bəzəyəcək güllər

29.06.2016 - 15:36

azadAzad Rəhimovla oğlunun “dibçək biznesi”: nazirin villalarını bəzəyəcək güllər

İyulun 17-19-da Bakıda keçirilən “Formula 1” Qran-Pri yarışlarından öncə paytaxtın bir çox yerlərində abadlıq işləri aparılar, pilotlarının keçəcəyi küçələrə baxan balkonlar, binaların fasadları, yol kənarları bəzədilirdi. Hətta pilotlarının keçəcəyi küçələrə baxan balkonlara təbii gül dibçəkləri də qoyulurdu.

Bütün bunlar fakt olsa da, “Formula-1” üzrə Bakı “Qran Pri”sinin təşkilatçısı Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi “Baku Grand Prix” şirkəti onu təkzib edir, deyilənlərin həqiqəti əks etdirmədiyini bildirirdi. Bu işlərin “Formula 1”lə əlaqəsinin olmadığını, onların şəhərin gözəliyinə xidmət etdiyini bildirirdi.

Məşhur atalar məsəlində deyildiyi kimi, “Yalan ayaq tutar, yeriməz”. Elə də oldu.

Qaynarinfo.az xəbər verir ki, bu gün balkonlara düzülmüş dibçəklərin yığışdırılması ilə bağlı xəbərlər yayılır, sosial şəbəkələrdə fotolar paylaşılır. Demək ki, məqsəd heç də Bakını gözəlləşdirmək deyilmiş. Məqsəd “üstü bəzək, altı təzək” olan şəhərimizi avropalıların gözünə gözəl göstərmək imiş. İşlərini gördülər, dövlətin milyonlarını havaya sovurdular, qonaqlar gedən kimi dibçəklərini də yığışdırıb aradan çıxdılar. Ortada dövlətin havaya sovrulmuş 100 milyonlarla manatının hesabatı qaldı. Həmişəki kimi…

Azad Rəhimov və oğlunun dediyi kimi, bu dibçəklər şəhərin gözəlliyinə xidmət edirdisə, “Formula 1” bitən kimi onları niyə yığışdırmağa başladılar? Bəlkə, Azad Rəhimov milyon dollarla dəyəri olan villalarının hasarlarını bu dibçəklərlə bəzəmək qərarına gəlib? Niyə də bəzəməsin? Əziyyət çəkib yarış keçiriblər, dövlətə milyonlar “qazandırıblar”, indi də haqqlarını alırlar…

Ya bəlkə, ən azı 100 milyon manat ziyan hesabına başa gələn yarışın zərərini dibçəkləri satmaqla ört-basdır edəcəklər. Elədisə, nə deyirik, bazarınız bol olsun…

Short URL: http://www.cumhuriyyet.net/?p=68486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31